Menu

Milli Məclisdə yeni təyinat olub

18.03.2022, 10:36
Milli Məclisdə yeni təyinat olub

Milli Məclisin Beynəlxalq Münasibətlər şöbəsinə müdir müavini təyin edilib.

"Report"un xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, həmin şöbəyə parlamentin Beynəlxalq münasibətlər şöbəsinin Parlamentlərarası əməkdaşlıq sektorunun müdiri Fizuli Əsəd oğlu Abbasov gətirilib.

Qeyd edək ki, bundan əvvəl Milli Məclisin Beynəlxalq Münasibətlər şöbəsinin müdir müavini Babək Ağayev idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol