Novruz bayramının qeyd edildiyi günlərdə "Bakı Metropoliteni" QSC-nin gücləndirilmiş iş rejiminə müvafiq dəyişikliklər ediləcək.
Bu barədə "Report"a qurumdan bildirilib.
Məlumata görə, 19-22 mart tarixlərində şəhər mərkəzinə, bayram gəzintisi məkanları və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli nəzərdə tutulub.
Sərnişin axını və sıxlığı nəzərə alınmaqla, bayram günlərində qatarların optimal hərəkət qrafikinə xüsusi diqqət yetiriləcək. Bu məqsədlə “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar saxlanılaraq, zərurət yaranacağı təqdirdə xəttə çıxarılacaq.
Sonda qeyd edək ki, martıın 19-20-də metropolitenin “İçərişəhər” stansiyasında sərnişinlərə Novruz bayramına həsr edilmiş zəngin şou-proqram təqdim ediləcək. Bundan əlavə, iki gün ərzində 4 stansiyada konsert proqramı təşkil olunacaq. Mart ayının 19-22-də “İçərişəhər” stansiyasında retro vaqonlardan ibarət qatar nümayiş etdiriləcək.


Şərhlər
Hörmətli cənab Prezdentdən xahiş edirik ki,metropolitendə qayda qanun yaradılması üçün ,metropoliten rəhbərliyinə bu sahədə səriştəsi,biliyi olan bir şəxsi təyin etsin.Səhər 8-9 arası qatarlar 5-8 dəqiqə intervarla gəlir,insanları sanki bilərəkdən qəzəbləndirirlər.Az Politika saytından da xahiş edirəm ki yolunu dediyim vaxtda metropolitenə salaraq bu biabırçılığın aradan qaldırılmasına yardımçı olsun.Necə deyərlər uman yerdən küsərlər.İnsanlar Tağı Əhmədovun atasına rəhmət oxuyurlar.