Menu

Bakı-Gəncə qatarında gediş haqqı artırılıb

18.03.2022, 12:05
Bakı-Gəncə qatarında gediş haqqı artırılıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sabahdan hərəkətini bərpa edəcəyi Bakı-Gəncə sürət qatarında gediş haqqını artırıb.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, gediş haqqı standart yerlər üçün 10 manatdan 20 manata, biznes yerlər üçün isə 25 manatdan 33 manata çatdırılıb.

"Gediş haqları beynəlxalq məsləhətçi şirkətlərin ADY-nin maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyələrinə uyğun olaraq dəyişdirilib. Bundan sonra əldə olunan gəlir artsa da, yeni tariflər hesabına xərcin yalnız bir qismini ödəmək mümkündür. Bu gün ADY sərnişin daşımalarında yaranan zərəri yüklərin daşınması hesabına əldə etdiyi gəlirlərlə qarşılayır", - deyə səhmdar cəmiyyəti bəyan edib.

Şərhlər

t.ədalət 2022-03-18 14:17:45

33 manata Gəncəyə qatarla gedən adam,gərək ağlına dua yazdıra.15 manata minik maşınlarının həm tez,həm də rahat çatdıra biləcəyi marşuruta bu qədər gediş haqqı yazanların da ağılına dua yazdırmaq lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol