Menu

"Dünyada hər dəqiqə vərəm xəstələrindən ikisi ölür" - TƏBİB rəsmisi

18.03.2022, 15:16
"Dünyada hər dəqiqə vərəm xəstələrindən ikisi ölür" - TƏBİB rəsmisi

“Statistikaya görə, 2020-ci il dünyada 10 milyon insan vərəmə yoluxub”.

“Report” xəbər verir ki, bunu TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin məsləhətçisi Nehmət Rəhmanov deyib.

O bildirib ki, onlardan 1,5 milyonu vəfat edib: “Bu o deməkdir hər dəqiqə vərəm xəstələrindən iki nəfər ölür. Bu gün vərəmin epidemioloji vəziyyətinin kəskinləşməsinin əsas səbəbi xəstəliyin dərmanlara davamlı formasıdır. Bu formaların sayı getdikcə artır. Prioritet də dərmanlara davamlı vərəm xəstələrinin sayının azaldılmasıdır”.

“Vərəm xəstəliyinin müalicəsi uzunmüddətlidir. Müəyyən dövrdən sonra xəstə özündə yaxşılaşma hiss etdiyi üçün ya müalicəni davam etdirmir, ya da fasilələrlə davam edir. Bu da fəsadlar törədir. Xəstəlik növbəti dəfə baş qaldıranda təyin olunun əvvəlki dərmanlar təsir etməyə bilər”, - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol