Menu

Lavrovu Pekinə aparan təyyarə mənzil başına çatmadan geri qayıtdı – Çin qəbul etməyib?

18.03.2022, 20:25
Lavrovu Pekinə aparan təyyarə mənzil başına çatmadan geri qayıtdı – Çin qəbul etməyib?

Bu gün, Ukraynada müharibənin 23-cü günündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin səfərə yola düşüb, lakin onu aparan təyyarə Pekinə çatmadan geri qayıdıb.

“Report” xəbər verir ki, bunu Almaniyanın məşhur “Bild” qəzeti yazıb.

Bildirilib ki, S.Lavrovun olduğu təyyarə 2 800 kilometr məsafə qət etdikdən sonra geri qayıdıb.

Buna səbəb kimi iki ehtimal irəli sürülüb. 

Birincisi, Pekin hakimiyyətinin S.Lavrovu qəbul etmək istəməməsi, ikincisi isə Rusiya Prezidenti Vladimir Putinin naziri təcili geri çağırmasıdır.

Qeyd edək ki, son günlər Rusiyanın Çindən hərbi və iqtisadi kömək istəməsi barədə məlumat yayılıb.

Şərhlər

c 2022-03-18 18:31:23

Bəlkə razqom götürmək üçün qayıdıb..

Eli 2022-03-18 18:03:35

Rusiya artıq “ Öldün ay Çiçek” mahnısını oxumağa başlayıb.Bundan da pis güne düşecekler eger ABŞ ve Qerb bir kişilik ve insanlıq münasibeti gösterib Ukraynaya vaxtında kömeklik gösterse.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol