“Ukrayna hərbçiləri Rusiya Federasiyasının Xəzər dənizindən raket atışlarını qeydə alır”.
“AzPolitika.info” xəbər verir ki, bu məlumatı Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat mətbuata açıqlamasında verib.
Y.İqnat əhalini istənilən hava həyəcanı siqnalına dərhal reaksiya verməyə və sığınacaqlara çəkilməyə çağırıb: “Raketlərin əksəriyyətinin haradan atıldığını və istiqamətini müəyyən edirik. Məsələn, əgər Krımdan Kiyevə atılırsa, trayektoriya üzrə yol boyu həyəcan siqnalı işə salınır və biz alqoritmlərlə onun hara düşə biləcəyini hesablayırıq. Lakin elə hallar qeydə alınır ki, raketlər strateji raket daşıyıcılarından atılır, hətta Xəzər dənizindən. Bunları izləmək çox çətindir”.
Bununla yanaşı, məlumat verilir ki, Rusiya demək olar bütün raket və artilleriya arsenalını işlətdiyindən, ölkənin raket və mərmi istehsal edən hərbi sənaye kompleksi 24 saatlıq iş rejiminə keçirilib.
“AzPolitika.info”


Şərhlər
Görəsən raketlər Xəzər dənizinin bizə aid hissəsindən atılıb?
Çox vaxt adam Uca Tanrının Hikmetlerini qana bilmir:Axı bele bir milleti ve dövleti görese hansı meqsedler üçğn yaradıb,Axı bu millet özünün qenimidir,bu nece başqa milletlerin qayğısına qala biler.