Menu

Dövlət qulluğunda rəhbər vəzifələrə qəbul üzrə test imtahanı ləğv olunub

18.03.2022, 18:49
Dövlət qulluğunda rəhbər vəzifələrə qəbul üzrə test imtahanı ləğv olunub

Dövlət qulluğunda AA qrupu inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə test imtahanı keçirilməyəcək.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası"nda dəyişiklik edib.

Digər dəyişikliyə əsasən, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu isə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının təklifləri əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol