Menu

PUTİN UKRAYNAYA TƏCAVÜZÜ DAYANDIRMAQ ÜÇÜN ŞƏRTLƏRİNİ AÇIQLAYIB - 6 tələb irəli sürüb

19.03.2022, 20:35
PUTİN UKRAYNAYA TƏCAVÜZÜ DAYANDIRMAQ ÜÇÜN ŞƏRTLƏRİNİ AÇIQLAYIB - 6 tələb irəli sürüb

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Ukraynada atəşkəsə nail olmaq üçün bir sıra tələbləri qeyd edib.

Bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “Hürriyet” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ərdoğan müharibənin bitməsinə kömək etmək üçün Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Türkiyədə görüş keçirməyi təklif edib. 

İ. Kalın əlavə edib kli, Putin dövlət başçıları səviyyəsində hər hansı danışıqlar baş tutmazdan əvvəl həll edilməli olduğunu söylədiyi tələblər irəli sürüb: 

“Birincisi, Ukraynanın neytrallığı, yəni NATO-ya üzvlüyündən imtina etməsidir. 

İkincisi, Avstriya modeli kontekstində tərksilah və qarşılıqlı təhlükəsizlik təminatları.

Üçüncüsü Rusiya tərəfinin “denazifikasiya” deyə adlandırdığı prosesdir. 

Dördüncüsü rus dilinin Ukraynada geniş istifadəsinin önündə dayanan maneələrin aradan qaldırılmasıdır.

Davam edən müzakirələrdə ilk dörd maddə üzrə müəyyən irəliləyişə nail olduğunu aydın olur. Tam razılıq və ya bir anlaşmanın imzalanmaq üzərə olduğunu söyləmək üçün hələlik tezdir., - Kalın bildirib.

O əlavə edib ki, Putin ən çətin məsələ olan daha iki tələb irəli sürüb - Kiyevin Krımın ilhaqını və iki qondarma “respulika”ları tanımasıdır. 

“Ən çətin iki mövzu beşinci və altıncı maddələrdir. Bunlar Donbas və Krımın statusu məsələləridir. Rusiya tərəfinin Krımın ilhaqının və Donbasdakı iki qondarma respublikanın tanınması tələbləri Ukrayna və beynəlxalq ictimaiyyət üçün qəbuledilməz tələblərdir. Bunların fərqli formullar əsasında müzakirə edilə biləcəyinə dair mövqelər mövcuddur.

İlk dörd maddə ilə bağlı bir razılaşma əldə olunarsa, beşinci və altıncı maddələrlə bağlı liderlər səviyyəsində bir görüş keçirilə bilər. Bu görüşlər nəticəsində razılığa gəlinməsi və müharibənin sona çatdırılması mümkün ola bilər”, - deyə İ.Kalın bildirib.

Şərhlər

B.Qarabağlı 2022-03-20 16:53:23

Putin-Lavrov tələbinin ilk 4 maddəsinə Ukrayna yalnız referendumla baxa bilər. Krım, Donbas, Luqansk subyektlərinə münasibəti bəyənməyən Kreml özü artıq, 2014cü ildən Kiyevdən asılı olmayan kəskin tədbirlər tətbiq etməkdədir?

t.ədalətə 2022-03-20 10:29:33

Əslində, müharibəni Kreml qərb diktatına qarşı başlayıb. Ona görə də şərtləri Putin və Lavrov qoyur ki, Krım, Donbas və sonra bütün Ukraynanı, yarım Moldavanı da işğal edə bilərik? Müstəsna toxunulmazlıq yalnız Ermənistan və Pribaltik respublikalarına aiddir ki, onları qərb kimi Avropa, NATO və ABŞ belə birbaşa müdafiəyə pioner kimi həmişə hazırdılar?

Bəhram, İ.Kalına 2022-03-19 22:47:02

İlk dörd maddə referenduma çıxarıla bilər! Son iki maddə isə artıq, Ukraynanın preroqativinə aid sayılmır? Krım, Donbas, istər Luqansk birdən hansı statusla respublika kimi necə yaşaya bilərlər? SSRİdən buraxılmış 15 respublikanın bir qismi hələ də müstəqil yaşaya bilmirlər!?

t.ədalət 2022-03-19 21:04:55

Rusiya məğlub ölkədir.Putinin hansı şərtləri ola bilər ki?Burda söhbət Zelinbskinin şərtlərindən gedə bilər.Zelinski əlində silah ordunun başında ikən,Putin qorxudan bunkerdən çıxa bvilmir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol