Menu

“Zelenski sığınacaq təklifimi rədd etdi” - Britaniya Baş naziri

20.03.2022, 15:03
“Zelenski sığınacaq təklifimi rədd etdi” - Britaniya Baş naziri

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanın Ukraynaya geniş miqyaslı hücumu başlayarkən bu ölkənin Prezidenti Vladimir Zelenski və ailəsinə Britaniyada sığınacaq təklif edib.

APA-nın xəbərinə görə, B. Conson bunu “Sunday Times” nəşrinə müsahibəsində bildirib.

Britaniya Baş naziri V. Zelenskinin sığınacaq təklifini qəbul etmədiyini söyləyib: “Vladimir Zelenski birmənalı bildirdi ki, Ukraynada qalır, onun borcu da həmvətənləri ilə birgə olmaqdır. Mən onunla fəxr edirəm. Vladimir Zelenski bir çox insanlar üçün ilham mənbəyi və qəhrəman bir hərbi liderdir”.

Şərhlər

Oxucu. 2022-03-20 18:19:45

Zatab Zlenski bütün varlığı ilə bunlara sığınıb,indi nəyi təklif edirlər onu anlamaq olmur.

çox kədərli cavab! 2022-03-20 16:05:34

Zelenski öz millətini satmaqdansa həlak olmağı daha üstün tutur!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol