İran prezidenti Həsən Ruhani ölkəsinin 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə apardığı nüvə danışıqlarından söz açıb.
“Media forum” saytının məlumatına görə, Ruhani deyib ki, danışıqların tam nəticə verməsi üçün müzakirə tərəfləri siyasi iradə göstərməlidir: “Müzakirədə iştirak edən tərəflər nüvə danışıqlarında ortaya ciddi iradə qoysalar, biz qalan vaxtda bütün sahələrdə yekun nəticə əldə edə bilərik.
Ümid edirik ki, nüvə danışıqlarında nəzərdə tutduğumuz hədəfə, yəni hər iki tərəfin müzakirələrdən qalib kimi çıxmasına nail ola biləcəyik”.
İranla 5+1 qrupu arasında nüvə danışıqlarının noyabrın 24-nə qədər nəticə verəəcəyi gözlənir.


Şərhlər