Fransa hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
“AzPolitika.info” Qərb mediasına istinadla xəbər verir ki, bu barədə Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno Le Maire jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, bildirib ki, Fransa Rusiya Mərkəzi Bankının 22 milyard avroluq aktivlərini dondurub: “Biz Rusiya Mərkəzi Bankının aktivlərini və Fransa maliyyə qurumlarındakı bəzi fiziki şəxslərin bank hesablarında olan 150 milyon avronu dondurduq. Həmçinin Fransada Rusiya vətəndaşlarına məxsus, dəyəri təxminən yarım milyard avro olan 30 daşınmaz əmlakın üzərinə həbs qoyulub”.
“AzPolitika.info”


Şərhlər