Menu

Gürcüstanın avtomobil ixracının yarıdan çoxu Azərbaycana yönəlib

21.03.2022, 12:11
Gürcüstanın avtomobil ixracının yarıdan çoxu Azərbaycana yönəlib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 40,7 milyon ABŞ dolları dəyərində 4 601 ədəd avtomobil idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə avtomobillərin sayı 309 ədəd və yaxud 7,2 % artıb.

Hesabat dövründə Gürcüstandan ümumilikdə 72,6 milyon ABŞ dolları dəyərində minik avtomobili təkrar ixrac olunub ki, bunun da 56,06 %-i Azərbaycana yönəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol