Menu

"Rusiyanın Yaponiya ilə sülh müqaviləsi imzalaması mümkün deyil” - XİN sözçüsü

23.03.2022, 10:20
"Rusiyanın Yaponiya ilə sülh müqaviləsi imzalaması mümkün deyil” - XİN sözçüsü

“Rusiyanın Yaponiya ilə sülh müqaviləsi imzalaması mümkün deyil”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik” radiosuna müsahibəsində deyib.

“Biz Yaponiya ilə sülh müqaviləsi imzalamaq istiqamətində danışıqları davam etdirmək niyyətində deyilik. Buna səbəb Tokionun qeyri-dost davranışlarıdır. Tokio bizim maraqlarımıza açıq şəkildə zərbə vurmağa çalışır. Belə bir şəraitdə müvafiq sənədlərin imzalanmasından danışmaq mümkün deyil”, - XİN rəsmisi deyib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə Yaponiya rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq edib. Bundan sonra Moskva Tokio ilə sülh müqaviləsi üzrə danışıqları dayandırdığını açıqlayıb.

Şərhlər

Tahir 2022-03-23 14:10:50

Hörmətli Seyid.O baxır zamana, şəraitə... Bu gedişlə Putler nəinki Kurili, Rusiyanın özünü darmadagından qurtarması müşgel görünür.Hələ nəzərə alınsa ki, belə bir plan hələ 1949- cü ildən hazırdır. Bunu başlamaq üçün bəhanəni Putler axmaqcasına tələyə düşərək Ukraynaya girməklə verib...

Tahir 2022-03-23 13:56:35

Seyid 2022-03-23 11:14:06

Guya Yaponiya bilmir ki, Rusiya konstitusiyasına putlerin təklifi ilə ərazi bütövlüyünun dəyişilməməsi ilə bağlı müddəa salınıb. Kuril adalarının danışıqlar yolu ilə öz sahibinə yəni Yaponiyaya qaytarılmasını mümkünsüz edib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol