Tanınmış vəkil Elçin Sadıqov vətəndaşları Rusiya məhsullarından imtina etməyə çağırıb.
O bildirib ki, yerli məhsul almaq lazımdır: “Son zamanlar düşünürəm, Ukraynada Russiyanın törətdiyi böyük cinayətlərdə bizim rolumuz varmı? Əvvələr rus ərzağı almışam. Sonra araşdırdım ki, ölkəmizdə aldığımız bəzi geyim əşyaları da Rusiyanın imiş. Düşündüm, o uşaqları, dinc əhalini öldürən güllələrdə, onları öldürən əsgərlərin yeməyində, geyimində, istənilən təminatında mənim rolum varmı? Ola bilər ki, olub. Bəlkə mən aldığım sosiskadan qalan mənfəətə 1 güllə alıblar. Bundan sonra Rusiyanın bütün mallarından imtina edirəm. Siz də imtina edin. Ən azı yerli mal alın. Sizin pullarınızla dinc əhaliyə güllə atılmasın”.


Şərhlər
Çox sağ olun. Bütün dünya bu rusiyadan imtina edir. Öldürülen dinc ehalinin qanında her kesin günahı var. İmtina edek bütün mallarında ingilis adı altında paltar ayaqqabı mağazaları var tanıyın imtina edin
Sadə Rusa qarşı bir nifrətim yoxdur. Amma millətimə qarşı 20 yanvar, Xocalı, Qarakənd, Qaradaglı və s. qırğınlar törətmiş rus hakimiyyətinə, siyasətinə qarşı nifrətim daimidir. Ukraynada törədilənlər onu göstərir ki, rus vəhşiliyini təcəssüm etdirən siyasətini heç zaman dəyişməyəcək. Odur ki, Rusa qarşı əlimizdən gələ biləni etməliyik. Mən də qoşuluram.
Bu şərə, ölümə qarşı insanlıq savaşıdır və mən də bu fikri dəstəkləyir və qoşuluram.
Mən böyük kəsim həmvətətlilərim kimi Putin Rusiyasının Ukraynada törətdiyi vəhşiliklərdən dəhşətə gəlir, Putinə nifrətim günü gündən artır. Buna qarşı bir şey etmək istəyirəm. Odur ki, bu çağırışa qoşulur və ətrafındakıları da cəlb etməyə çalışacam.