2022-ci ildə Başkortostanın Çində və Özbəkistanda nümayəndəliyi açılacaq.
Bu barədə martın 23-də bölgə hökumətinin mətbuat xidmətinə istinadla TASS agentliyi xəbər verib.
Agentliyin xəbər verdiyi kimi, 2024-cü ildə respublikanın nümayəndəliklərinin ümumi sayı səkkizə çatacaq.
«2021-ci ildə biz Başkortostan Respublikasının nümayəndəliklərinin açılmasına davam etmişik. Belə ki, Qazaxıstanda və Belarusda «Konqres-büro» formasında nümayəndəlik açılıb. 2022-ci ildə respublikanın Rusiya ticarət nümayəndəliyinin tərkibində nümayəndəliyinin açılması Çin Xalq Respublikasında planlaşdırılır. Biz, 2024-cü ildə coğrafiyamızı genişləndirərək, nümayəndəliklərin sayını səkkizə çatdırmağı planlaşdırırıq» - mətbuat xidməti xarici iqtisadi əlaqələr naziri Marqarita Bolıçevadan sitat gətirir.
AzPolitika.info


Şərhlər