Menu

İntiqam Əliyev müalicə alır

03.11.2014, 14:45

intiqam 'liyevBakı İstintaq Təcridxanasında saxlanan hüquq müdafiəçisi İntiqam Əliyev ailəsi ilə görüşüb.

İntiqam Əliyevin oğlu Nəcmin Əliyev “Media forum” saytına bildirib ki, atası ilə oktyabrın 31-də görüşüblər: “Kamerada hərəkətsiz qalması atamın səhhətində ciddi problemlər yaradıb. Oktyabrın 24-də aparılan müayinədən sonra məlum olub ki, atamın boyun nahiyəsində osteoxondroz (duzlaşma), belində isə protuziya (yırtıq) var. Hazırda təcridxanada müalicə alır. Həftənin sonunda yenidən görüşəcəyik”.

İntiqam Əliyevin səhhəti oktyabrın 24-də keçirilən məhkəmə prosesində kəskinləşmiş və istintaq orqanı onu həmin gün müayinə üçün Onkoloji Mərkəzə aparmışdı.

İntiqam Əliyev avqustun 8-dən həbsdədir. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.

İntiqam Əliyev Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. 20 ildən çoxdur vəkillik fəaliyyəti ilə məşğul olur. Əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol