Menu

Azər-Türk Bankın statusu dəyişdi

03.11.2014, 14:48
Azər-Türk Bankın statusu dəyişdi

Azərbaycanda dövlət banklarının sayı 2-yə çatıb.

“Media forum” saytı Mərkəzi Bankın son statistik bülleteninə istinadla xəbər verir ki, ölkədəki 44 bankdan 2-si dövlət bankıdır. Bunlardan biri Azərbaycan Beynəlxalq Bankıdır.

Digər dövlət bankına çevrilən qurum isə Azər-Türk Bankdır. Azər-Türk Bankın statusu səhmlərinin 50 faizini Əmlak Məsələləri Dövlət Komitəsinə satması ilə dəyişib.

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyətini 1995-ci ildə Türkiyənin Ziraat Bankı və Aqrarkredit Səhmdar Kredit Təşkilatı (keçmiş Səhmdar Kommersiya Aqrar-Sənaye Bankı) təsis edib.

Hazırda nizamnamə kapitalı 12.242.908,00 manat təşkil edən bankın səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsi (50 faiz), Türkiyənin Ziraat Bankı (46 faiz) və Ziraat Bank Beynəlxalq Almaniyadır (4 faiz).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol