Menu

Berlin divarı haqda mif yoxsa həqiqət?

03.11.2014, 15:13
Berlin divarı haqda mif yoxsa həqiqət?

Noyabrın 9-da Berlin divarının dağıdılmağının 25 illiyidir.

Bu divarın dağılması dünyanın dəyişdiyinin simvolu olmuşdu.

“Berlin divarı haqda 5 mif” məqaləsində Washington Post qəzeti yazır ki, Berlin divarının bir dənə divar olması əslində mifdir. Berlin divarı iki divar olub. Onlar arasında ölüm qapısı olan 120 metrlik boşluq var idi. Buranı keşikçi qüllələri, itlər, əsgərlər qoruyurdu. Onlara “vur-öldür!” əmri verilmişdi. Berlin divarı Qərbi Berlinlə 100 km-lik sərhəd yaradırdı. Şərqi və Qərbi Almaniya arasında isə 1000 km-lik sərhəd ucaldılmışdı və bura 1 milyondan çox mina düzüllmüşdü.

Berlin divarını aşıb qaçmağa 5 min adam cəhd edib. Onlar qərblilərin maşınlarında və ya hava balonlarında və hətta tunnel qazmaqla Berlin Divarını keçməyə çalılışıblar. Berlin divarını keçərkən nə qədər adamın öldüyü hələ də dəqiq bilinmir.

Berlin divarı haqda başqa mif odur ki, ABŞ prezidenti Ronald Reaganın 1987-ci ildə “Cənab Qorbachov, bu divarı dağıdın”- deməyi 1989-cu ildə divarın dağıdılmasına gətirdi. Ancaq Qorbachovun islahatları Reaganın Berlindəki çıxışından daha vacib idi, çünki bu islahatlar şərqi almaniyalıların hərəkət etməyinə gətirdi.

Qəzet yazır ki, Berlin divarının dağıdılmağı isə anlaşılmazlıq, səhv nəticəsində olub. Minlərlə şərqi almaniyalı Qərbə getmək üçün icazə istəyirdi və köhnə qaydalara etiraz olaraq minlərlə adam nümayişə çıxmışdı.

Vizaların çevik və heç bir tələb qoyulmadan veriləcəyini elan etməli olan Şərqi Almaniya kommunist partiyasının rəsmisi Schabovski noyabrın 9-da hazırlıqsız mətbuat konfransına getdi. O, yeni qaydalarla bağlı bir çox yığıncaqlarda olmamışdı.

Jurnalistlər ondan soruşanda ki, yeni qaydalar nə vaxt işə düşəcək? Schabovski dedi ki, “dərhal, yubanmadan”. Admalar bunu belə düşdülər ki, onları sərhəddi dərhal keçə bilərlər. Bundan bir neçə saat sonra Berlin divarı yanında minlərlə adam toplaşmışdı. Şərqi Almaniya rəhbərliyi sərhəddi dərhal açmaq fikrində deyildi. Ancaq saat 11:30-da sərhədçilərin rəisi kütlə qarşısında duruş gətirmədi və onlara sərhəddi keçməyə imkan verdi.

Berlin divarı haqda bir mif də var ki, o, 1989-cu il noyabr ayının 9-da dağıdılıb. Ancaq Berlin divarını rəsmən 1990-cı ildə dağıtmağa başladılar.

Nəyə görə dünyada Berlin divarının dağıdılmağını daha çox bayram edirlər, yada salırlar, nəinki Almaniyada. Noyabrın 9-u Almaniyada başqa bir tarixlə bağlıdır. 1938-ci il noyabrın 9-da nasistlər yəhudilərin evlərinə, dükanlarına, sinaqoqlarına hücum etdilər. Onlar evlərin pəncərələrini, dükanların vitrinlərini sındırdıqlarına görə buna Kristal Gecə və yaxud Sındırılan Şüşələr gecəsi adını vermişdilər. Bu kütləvi hücumlar da noyabrın 9-da olduğuna görə almanlar ümumiyyətlə bu günü hər hansı hadisə ilə bağlı qeyd etməkdə könülsüzdürlər. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol