Menu

Almaniya yaya qədər Rusiya neftindən asılılığını iki dəfə azaldacaq

25.03.2022, 15:16
Almaniya yaya qədər Rusiya neftindən asılılığını iki dəfə azaldacaq

Almaniya yaya qədər Rusiya neftindən asılılığını iki dəfə azaltmaq və payıza qədər Rusiyadan daş kömür idxalını dayandırmaq istəyir.

APA xəbər verir ki, bu barədə "Der Spiegel" Almaniya İqtisadiyyat Nazirliyinə istinadən yazıb.

"İlin ortasına qədər Rusiyadan Almaniyaya neft idxalının yarıya qədər azalacağı gözlənilir. İlin sonuna kimi biz demək olar ki, müstəqil olmağı hədəfləyirik", - “Spiegel” sitat gətirib.

Bildirilib ki, payızda isə ölkə Rusiya kömüründən tamamilə azad olmaq niyyətindədir.

İqtisadiyyat naziri Robert Habek mətbuat konfransında bunu təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol