Menu

Türkiyə bunu bütün dünyaya qadağan etdi -Tək Azərbaycan istisnadır

25.03.2022, 16:20
Türkiyə bunu bütün dünyaya qadağan etdi -Tək Azərbaycan istisnadır

Türkiyə Ticarət Nazirliyi iribuynuzlu mal-qara, qoyun və keçi ətinin ixracına məhdudiyyət qoyub. Qaynarinfo xəbər verir ki, nazirlik 19.03.2022-ci il tarixində Türkiyə ərazisində ət tədarükü təhlükəsizliyinin təmin edilməsi və tələb-təklif balansının qorunması məqsədilə bu qərarı qəbul edib.

Qərarda deyilir ki, Şimali Kipr Türk Respublikasına (ŞKTC), Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasına ixrac ediləcək mal-qara və qoyun-keçi əti istisna olmaqla iribuynuzlu mal-qara ətinin, qoyun və keçi ətinin ixracı yeni qərar qəbul edilənə qədər məhdudlaşdırılsın.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol