Menu

Zelenski Qətəri Rusiyanın qaz bazarındakı yerini tutmağa çağırıb

26.03.2022, 13:50
Zelenski Qətəri Rusiyanın qaz bazarındakı yerini tutmağa çağırıb

Ukrayna Prezidenti Vladimir Zelenski Qətərdə keçirilən Doha Forumunda videoformatda çıxış edib.

APA-nın "Associated Press"ə istinadən verdiyi xəbərə görə, Ukrayna lideri çıxışında enerji resursu ilə zəngin olan Qətəri və digər ölkələri hasilata artırmağa və Rusiyanın yerini doldurmağa çağırıb.

Prezident V. Zelenski Rusiyanın hücumu nəticəsində ölkəsinin ciddi dağıntılara məruz qaldığını vurğulayıb. O, Mariupol liman şəhərini dağıdılmasını Hələb şəhərinin dağıdılması ilə müqayisə edib: “Limanlarımızı məhv edirlər. Ukraynadan ixracın dayanması bütün dünya ölkələrinə zərbə vuracaq".

V. Zelenski Rusiyanı nüvə silahı ilə dünyanı təhdid etdiyinə və döyüş meydanında taktiki nüvə silahından istifadə ehtimalını artırdığına görə tənqid edib: "Rusiya nüvə silahı ilə təkcə müəyyən bir ölkəni deyil, bütün planeti məhv edə biləcəyi ilə fəxr edir". 

O, həmçinin qeyd edib ki, Ukrayna müsəlmanları qarşıdan gələn müqəddəs Ramazan ayı ərzində döyüşməli olacaqlar. "Biz bu müqəddəs Ramazan ayının Ukraynadakı insanların səfalətinin kölgəsində qalmamasını təmin etməliyik".

Şərhlər

Eli 2022-03-26 14:18:31

Buyurun müqayise edin:Özünü dünyanın ikinci gğcü hesab eden,nüve sikahına malik Rusiyanın milliyyetce rus olan Putin:Bütün dünya güclerini ve dövletlerini özüne ,milletin ve dövletine qarşı qaldırıb,bu da onun beyenmediyi “aktyır ve telxek” hesab etdiyi yehudi Zelencki:butün Dünta onu ve Ukraynanın müdafie edib kömeklik gösterir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol