Menu

"Heç yerdə, heç bir istiqamətdə strateji uğur qazanılmayıb" - Baş separatçıdan etiraflar + VİDEO

26.03.2022, 18:10
"Heç yerdə, heç bir istiqamətdə strateji uğur qazanılmayıb"  - Baş separatçıdan etiraflar + VİDEO

Donetskdəki separatçı “dxr”-in sabiq baş komandanı, Ukraynanın şərqində separatçı terror birləşmələrinin yaradılmasında ən əsas fiqurlardan biri olan İqor Strelkov(Qirkin) Rusiya ordusunun Ukraynadakı uğursuzluqlarını açıq etiraf edib və bundan çox məyus olduğunu gizlətməyib.

“AzPolitika.info” xəbər verir ki, Rusiyanın “İctimai Xəbərlər Xidməti”-nə açıqlama verən Qirkin Ukraynaya qarşı işğalın 1 ayının tamamında rusların heç bir əhəmiyyətli uğura nail olmadığını bildirib və bununla da onun ən pessimist proqnozlarının özünü doğrultduğunu qeyd edib: “”Xüsusi əməliyyat”ın 29 günü başa çatıb. Heç yerdə, heç bir istiqamətdə strateji uğur qazanılmayıb, yalnız operativ uğurlar olub. Bundan əlavə qarşı tərəf səfərbərliyi uğurla həyata keçirir və əks-hücuma başlayır. Hansı ki, bu barədə Konoşenkov(Rusiya MN sözçüsü-red.) öz xülasələrində danışmır. Təəssüf ki, mənim qanlı, uzunmüddətli, üzücü və Rusiya üçün fövqəladə dərəcədə təhlükəli qarşıdurmaya girməyimiz barədə ən pessimist proqnozlarım özünü tam doğrultdu”.

Onu da qeyd edək ki, Rusiya xüsusi xidmət orqanının zabiti və separatçı “novorossiya” təşkilatının sədri olan Qirkin bir müddət qondarma “dnr”-in müdafiə naziri vəzifəsini də daşıyıb.

C.Məmmədov

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol