Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur.
Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
"Yuxarıda qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyini üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, “Dağlıq Qarabağ” ifadəsi işlətməməyi və Azərbaycanın ərazilərinin adını düzgün olaraq göstərməyi xahiş edir", - nazirlikdən bildirilib.


Şərhlər
t.ədalətə...Sizinlə tam razıyam, ancaq dediklərinizin zamana ehtiyacı var, belə ki, reallıqda bu gün bütün Dünya Rusiyadan çəkinir, qorxur, heç bir dövlət və ya dövlətlər birliyi qabağa düşmək istəmir ki, çanaq başında sınmasın. Fikirləri Türkiyəni və Azərbaycanı qabağa verib əzdirməkdir. erməni buna yaman çalışır, bir sözlə urraa edib qabağa düşməmək lazımdır, onsuz da Rusiyanın halvası çalınır...
Azərbaycanda rus dili qadağan edilməlidir....Azərbaycanın bir düşməni var,o da Rusiyadır.Bu bəladan qurtulmağın yolu Rusiya ilə bağlantısı olanlara qapıları bağlamaqdır.