Menu

"Son sutkada Rusiyanın 4 təyyarəsi, bir helikopteri məhv edilib" - Ukrayna MN

28.03.2022, 09:28
"Son sutkada Rusiyanın 4 təyyarəsi, bir helikopteri məhv edilib" - Ukrayna MN

Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiya ordusunun 4 döyüş təyyarəsini, bir helikopterini, 2 pilotsuz uçan aparatını, 2 qanadlı raketini məhv edib.

“Report” xəbər verir ki, məlumatı Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsi yayıb.

Məlumata görə, son sutkada Donetsk və Luqansk istiqamətindən Rusiyanın 5 hücumunun qarşısı alınıb, 2 tankı, piyadaların döyüş maşını və avtomobili məhv edilib, canlı qüvvələri itkisinin sayı dəqiqləşdirilir.

Bildirilib ki, Ukraynanın hərbi qüvvələri Krivoy Roq, Zapaoroje və Mikolayev istiqamətində müdafiə tədbirlərin gücləndiriblər:

Ukrayna silahlı qüvvələri ölkə paytaxtı Kiyev ətrafında müdafiəni gücləndirir, qarşı tərəfin şimal-qərb və şərqi istiqamtindən girməsinin qarşısını alır, onları sıxışdırırlar.

Topolsk, Kamenka və Suxaya Kamenka yaşayış məntəqlərində döyüşlər davam edir.

Qeyd edək ki, Rusiya Ukraynada fevralın 24-də hərbi əməliyyatlara başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol