Menu

Zelenskiyə qarşı növbəti sui-qəsdin qarşısı alınıb

28.03.2022, 15:00
Zelenskiyə qarşı növbəti sui-qəsdin qarşısı alınıb

Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı planlaşdırılmış sui-qəsdin qarşısı alınıb.

APA xəbər verir ki, bu barədə "Kyiv Post"un "Twitter" hesabında məlumat verilib.

Bildirilib ki, Ukrayna Prezidenti Zelenskiyə qarşı növbəti sui-qəsd planı uğursuz olub.

Belə ki, Rusiya xüsusi xidmət orqanlarının rəhbərlik etdiyi 25 nəfərlik hərbi qrup Slovakiya-Macarıstan sərhədi yaxınlığında ələ keçirilib. "Qrupun məqsədi Ukrayna Prezidentini fiziki cəhətdən aradan qaldırmaq olub".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol