Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun mühasirəsində olan Mariupol şəhərində 2000-dən artıq uşağın rus hərbçilər tərəfindən qaçırıldığını bildirib.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, Zelenski yerli mediaya açıqlamasında qaçırılan uşqlardan indiyə qədər heç bir xəbər alına bilmədiyini deyib: “Əldə etdiyimiz məlumatlara görə, 2 mindən artıq uşaq ruslar tərəfindən qaçırılıb. Biz bu uşaqların harada olduqlarını dəqiq bilmirik.
Onların əksəriyyəti valideyni olmayan və müharibə nəticəsində valideynlərini itirən uşaqlardır. Ehtimal edirik ki, Rusiya bu uşaqları hərbi əsirlərlə dəyişdirmək üçün qaçırıb. Bu bir fəlakətdir, bu qorxuncdur!”.
“AzPolitika.info”


Şərhlər
bu şərəfsizliyi, alçaqlığı boynuna şəxsə lənət olsun! tfuuuuuuuuuuuuuuuu!