Menu

“Bu kanalının Azərbaycanda yayım hüququna yenidən baxılmalıdır” – “Zabelin Delyaginə cavab versin”

29.03.2022, 13:09
“Bu kanalının Azərbaycanda yayım hüququna yenidən baxılmalıdır” – “Zabelin Delyaginə cavab versin”

"Deputat Mixail Delyagin məlum çıxışını Rusiyanın dövlət televiziya kanalı "Rosiyya-24"-də edib. Dövlət Dumasının rəhbərliyi, eləcə də informasiya siyasətinə cavabdeh olan Qromov, Dobrodeyev tədbir görməsə, o zaman Azərbaycan Rusiyanın dövlət kanalının Azərbaycanda yayım hüququna yenidən baxmalıdır".

"AzPolitika.info" xəbər verir ki, bunları politoloq Fərhad Məmmədov rusiyalı deputat M.Delyaginin Bakını bombalamaq çağırışını şərh edərkən bildirib.

Ekspert vurğulayıb ki, Azərbaycanın əsas hərbi-siyasi müttəfiqi olan Türkiyədə Rusiya ilə Ukrayna arasında danışıqların aparıldığı yeni geosiyasi şəraitdə Moskvadakı isterik anti-Azərbaycan çağırışları heç bir çərçivəyə sığmır: "Rusiya hərbi-siyasi rəhbərliyinin ritorikası sayəsində “nüvə zərbəsi” mövzusu adiləşib, mümkün həddə çatıb. Biz Azərbaycandakı Rus İcmasının sədri Mixail Zabelinin açıqlamasını gözləyirik. Bir neçə gün əvvəl Mixail Yuryeviç Ukraynadakı müharibə ilə bağlı bəyanat verdi, bəli, indi Delyaginə cavab vermə vaxtıdır, axı o, deputat Zabelinin yaşadığı şəhərə nüvə zərbəsi endirməyi təklif etdi".

F.Məmmədov hesab edir ki, Rusiya və Azərbaycan liderləri arasında danışıqlar barədə məlumatın olmaması proseslərin hələ də “tavan həddinə” çatmadığını deməyə əsas verir.

"AzPolitika.info"

Şərhlər

turan 2022-03-29 19:46:21

Yeni moskoviya yaranır

Tahir 2022-03-29 13:30:18

Bu козел təzə başlayıb.Dərhal ağzının üstünə vurulmalıdır. Yoxsa yeni Jirinovski yetişməsi üçün bizi və siyasətimizi öz poliqonlarına çevirməyə çalışacaqlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol