Menu

“Ukrayna münaqişəsi 2 milyon uşağa təsir edib” - UNİSEF

29.03.2022, 13:58
“Ukrayna münaqişəsi 2 milyon uşağa təsir edib” - UNİSEF

Ukraynadakı münaqişə 2 milyon ukraynalı uşağa təsir edib.

Bu barədə RİA «Novosti» agentliyi BMT Uşaq Fondunun (UNİSEF) icraçı direktoru Katrin Arsselə istinadla xəbər verib. Bu rəqəmi o, Dohada keçirilən (Qətər) beynəlxalq forumda səsləndirib.

Bundan əvvəl UNİSEF-in mətbuat katibi Ceyms Elder xəbər verib ki, fevralın 24-dən onlarla ukraynalı uşaq öldürülüb və bir çoxları yaralanıb, 1,5 milyondan artıq uşaq isə ölkəni tərk edib. Onun məlumatına görə, hər gün orta hesabla 75 min uşaq qaçqın olur. «Daha şokedici rəqəm - hər dəqiqə ölkəni 55 uşaq tərk edir» - Elder qeyd edib.

«Bu, sürətinə və miqyasına görə, İkinci Dünya Müharibəsindən sonra ən böyük qaçqın dalğasıdır və biz, hələlik bunun yavaşıdılmaq əlamətlərini görmürük» - Elder bəyan edib.

UNİSEF nümayəndəsi mülki infrastruktura atəşi dayandırmağa və uşaqlara oxumağa, tibbi kömək almaq üçün müraciət etməyə və normal həyata qayıtmağa imkan verməyə çağırıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol