Menu

Ukrayna Çernobıl AES-lə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib

30.03.2022, 12:34
Ukrayna Çernobıl AES-lə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib

“Biz BMT Təhlükəsizlik Şurasından Çernobıl AES-in təcrid zonasının demilitarizasiyası və orada BMT-nin xüsusi missiyasının tətbiqi üçün tədbirlər görməsini tələb edirik”.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, işğal olunmuş ərzilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk deyib.

“Rusiya təhlükəsizlik tədbirlərinə əməl etmir. İkinci Dünya müharibəsindən qalmış təhlükəli döyüş sursatları kütləvi şəkildə istifadə olunur. Rusiya qoşunlarını dərhal Çernobıl zonasından çıxarmalıdır”, - o bildirib.

Ekspertlər hesab edirlər ki, Rusiya işğalı nəticəsində Çernobıl AES-ə nəzarətin zəifləməsi yüz milyonlarla avropalının radiasiyaya məruz qalmasına səbəb ola bilər.

Şərhlər

Eli 2022-03-30 13:21:35

Bu Dünya,milionlarla mesum,günahsız insanlar qslıb beş üç dene Putin kimi “Siyasi Tülkülerin” elinde.Axı bu gaqqı kim verib ona ve onun kimilere ki,hem öz milletinin cavan cavan genclerini menasız müharibede qırdırır hem de başqalarının balalarını qetl edib yurdunu yuvasını dağıdır.Be nece dunyadur ki bele celladlar meyddn sulayır ,digerleri de seyr edib bol boş beyanatlar verirler .Niye Putin kimi qeyri ciddi rehberlerin ipini vaxtında çeke bilmirler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol