Menu

Rusiya bu ərazilərdəki bölmələrini də Ukraynaya köçürüb - Baş Qərargah + VİDEO

30.03.2022, 17:52
Rusiya bu ərazilərdəki bölmələrini də Ukraynaya köçürüb  - Baş Qərargah + VİDEO

Rusiya Gürcüstanın işğal olunmuş ərazilərindən Ukraynaya 2000-ə yaxın hərbi qulluqçu köçürüb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib: “Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin tərkibinə daxil olan 4-cü (Tsxinvali vilayəti, Cənubi Osetiya) və 7-ci (Abxaziya) hərbi bazalarının bölmələri Gürcüstanın işğal olunmuş ərazilərindən Ukrayna ərazisinə köçürülüblər”.

Bildirilir ki, 4-cü hərbi bazadan üç batalyon taktiki qrup (ümumi sayı 1200-ə qədər), 7-ci hərbi bazanın bölmələrindən isə iki batalyon taktiki qrup (təxminən 800 nəfərdən ibarət) yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol