Menu

Lerikdə sürüşmə baş verib, bir ev torpaq altında qalıb - FOTO

30.03.2022, 21:50
Lerikdə sürüşmə baş verib, bir ev torpaq altında qalıb - FOTO

Lerikdə torpaq sürüşməsi olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib. Rayonun Lərmərud kəndində baş verən hadisə nəticəsində bir ev tamamilə torpaq altında qalıb.

Kənd sakini, 1959-cu il təvəllüdlü Nəbulla Məmmədhüseyn oğlu Baxşıyevə məxsus birmərtəbəli 4 otaqlı ev, şəxsi təsərrüfat, iribuynuzlu heyvanlar üçün tikilmiş tövlə, 4 baş qaramal və 4 baş buzov tamamilə torpaq altında qalıb.

Hadisə zamanı evdə olan N.Baxşıyev ilə həyat yoldaşı xoşbəxtlikdən xəsarət almayıb.

Onlar hazırda qohumlarının evlərinə yerləşiblər.

Şərhlər

Seyid ƏNHU 2022-03-31 00:25:16

ƏN DƏHŞƏTLİSİ ODUR Kİ HEÇ KİM BU ALƏYƏ KÖMƏK ETMƏYƏCƏK. ONLARI SÜRÜM-SÜRÜM SÜRÜNDÜRÜB SONDA TƏHQİR EDİB QOVACAQLAR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol