Menu

BMT Türkiyəyə təşəkkür etdi

31.03.2022, 00:26
BMT Türkiyəyə təşəkkür etdi

Birləşmiş Millətlər Təşkilatı Ukraynada sülhün əldə edilməsi üçün göstərdiyi səylərə görə Türkiyəyə minnətdarlığını bildirib.

BMT baş katibinin sözçüsü Stefan Ducarrik gündəlik mətbuat brifinqində Rusiya-Ukrayna müharibəsinə son qoyulması ilə bağlı danışıqları dəstəkləməyə davam etdiklərini və danışıqların uğurlu olacağına ümid etdiklərini bildirib.

“Bu kontekstdə göstərdiyi səylərə görə Türkiyəyə son dərəcə minnətdarıq”, - deyə o, bəyan edib.

Həmçinin, mətbuat katibi bəyanatların və sözlərin hərəkətə keçəcəyinə və silahların susdurulacağına ümid etdiyini deyib. (Mənbə: “Haber Global”)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol