Menu

Bakıda yüksək vəzifəli məmur kobud şəkildə qaydanı pozdu - VİDEO

31.03.2022, 09:01
Bakıda yüksək vəzifəli məmur kobud şəkildə qaydanı pozdu - VİDEO

Bakıda qaydaları kobud şəkildə pozan dövlət məmuru cərimələnib.

Barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a məlumat verilib.

Belə ki, 10-GY-555 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Ziya Bünyadov prospektində yolun əksi istiqamətində hərəkət etdiyi üçün məsuliyyətə cəlb edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində protokol tərtib olunub.

Xatırladaq ki, 10-GY-555 qeydiyyat nişanlı "BMW X7" markalı avtomobil Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədrinin müavini, həmçinin həmin Agentliyin Müşahidə Şurasının sədri vəzifəsində çalışan Çingiz Qədimova məxsusdur.


Şərhlər

turan 2022-03-31 14:22:35

Azərbaycanda hər məmur özünü padşah hesab edir,daha başa düşmür ki, o bu millətin xidmətində durmalı olan şəxsdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol