Almaniya Federativ Respublikası (AFR) hakimiyyəti Almaniya hesablarında sanksiya altına alınmış Rusiya şirkətlərinin və özəl şəxslərinin 95 milyon avrodan yuxarı vəsaitini açıqlayıb.
Bu barədə ölkənin Maliyyə Nazirliyinə istinadla ARD telekanalı xəbər verib.
Telekanal qeyd edir ki, hökumət ilk dəfə Rusiyanın Almaniyada bloklanmış vəsaitinin məbləğini elan edib. Martın 21-nə olan məlumata görə, 95 514 306 avro dondurulub. Hesab sahibləri onlara giriş əldə edə və köçürmələr edə bilmirlər.
ARD həm də xəbər verir ki, Fransa da öz ərazisində bloklanmış məbləği açıqlayıb - 850 milyon avro. Fransanın iqtisadiyyat naziri Bruno Le Merin sözlərinə görə, bu məbləğin 150 milyon avrosu konfiskasiya olunmuş yaxta və daşınmaz əmlak üzrə dondurulmuş vəsaitdir.
İtaliyada da yüzlərlə milyon avro konfiskasiya olunub.
KİV-in məlumatına görə, Belçikada artıq söhbət 10 milyard avro dondurulmuş Rusiya aktivlərindən gedir.
AzPolitika.info


Şərhlər