Milli Məclisin sədri Sahibə Qafarova 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı rəsmi tviter səhifəsində paylaşım edib.
“Report” xəbər verir ki, paylaşımda deyilir:
“1918-ci il mart soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də, Azərbaycan xalqı bu terror və soyqırımı aktlarını unutmayacaq. Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edirik. Allah rəhmət eləsin” .


Şərhlər
Mart soyqırımının da törədicisi Rusiyadır.Dünyaya terroru gətirən,sivil insanların və körpələrin qətlini təşkil edən Rusiyadır.
Biz, Azərbaycan, gərək soyqırım sözün əvəzinə QENOSİD sözü işlədək! Bu söz bütün dünyaya məlumdur! Ermənlər qenosid deyirlər. Biz də QENOSİD deməliyik!