Menu

"Rusiya Donbasa hücuma hazırlaşır" - NATO-nun Baş katibi

31.03.2022, 15:48
"Rusiya Donbasa hücuma hazırlaşır" - NATO-nun Baş katibi

NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna ilə Rusiya arasındakı vasitəçilik təşəbbüsünə görə Türkiyəyə təşəkkür edib.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada kimyəvi silahdan istifadəsi qəbuledilməzdir: "Rusiya geri çəkilmir, güc toplayır. Hərbçilərini yenidən qruplaşdırır. Ukraynada daha çox itkilərə səbəb olacaq yeni hücumlar gözlənilir. Rusiya Donbasa hücuma hazırlaşır. Kreml bu mənasız müharibəni bitirməlidir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol