Menu

“Ölkə RƏM sistemlərinin alınması üçün alternativ təkliflərə açıqdır” - Türkiyənin müdafiə naziri

31.03.2022, 16:50
“Ölkə RƏM sistemlərinin alınması üçün alternativ təkliflərə açıqdır” - Türkiyənin müdafiə naziri

Türkiyənin milli müdafiə naziri Hülusi Akar bəyan edib ki, Türkiyə Rusiyanın S-400 sisteminə alternativ olaraq RƏM sistemlərinin digər ölkələrdən satın alınması təkliflərinə açıqdır.

Bu barədə TASS agentliyinə istinadla «Sözçü» qəzeti xəbər verib.

Akarın sözlərinə görə, S-400 sisteminin satın alınması ölkə üçün qaçılmaz olub. Hazırda İtaliya və Fransa ilə digər müdafiə sistemlərinin alınması istiqamətində danışıqlar gedir.

Bundan əvvəl xəbər verilmişdi ki, Türkiyə Rusiyadan alınmış S-400 sistemlərini Ukraynaya verməyəcək. «Bu gün biz, elə həmin nöqtədəyik ki, əvvəl bəyan etmişdik. Bu mövzu bağlanıb. Bu məsələ bizim üçün bağlıdır. Bu, müdafiə məsələsində bizim mülkiyyətimizdir» - Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib. O, işarə edib ki, Türkiyə BMT xətti ilə sanksiyaları qiymətləndirir, amma Rusiya ilə münasibətləri bir kənara qoya bilməz.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol