Rusiyada ticarət şəbəkələri açıq torpaq tərəvəzi defisiti və onların qiymətlərinin kəskin qalxması (ilk növbədə kələm və yerkökü) ilə qarşılaşıblar.
Bu barədə «Kommersant» qəzeti xəbər verir.
Nəşrin qeyd etdiyi kimi, Rusiya məhsulu (2021) qurtarır, yeni kələm isə Türkiyədə, Misirdə və Özbəkistanda hələlik yetişməyib və bir sıra yerli istehsalçılar tərəvəz satışını qiymətlərin qalxmasına qədər gözləyə bilərlər.
Bu arada, «Kommersant» qeyd edir ki, martın 1-dən 27-nə qədər tədarükçülərdə kələmin qiyməti 56 faiz, yerkökünün qiyməti 47 faiz, çuğundurun qiyməti isə 62 faiz qalxıb.
Qeyd edək ki, son həftələr Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları fonunda və rublun məzənnəsinin kəskin düşməsi səbəbilə bəzi bölgələrdə bir sıra ərzaq məhsullarına (qarabaşaq, şəkər), məişət texnikasına və elektronikaya, şəxsi gigiyena predmetlərinə, dərman vasitələrinə ajiotaj tələbat yaranıb. Nəticədə, bu malların defisiti yaranıb, bir çox məhsulların qiymətlləri isə kəskin sıçrayıb.
AzPolitika.info


Şərhlər
Бу heле башлангычыды бойук балалар габагдады