2022-ci ilin əvvəlindən Qazaxıstan Avropa İttifaqına buğda və qaz ixracını dəfələrlə artırıb. Ölkənin Ticarət və İnteqrasiya Nazirliyindən xəbər verildiyi kimi, Qazaxıstan və Avroittifaq ölkələri arasında əmtəə dövriyyəsi 2022-ci ilin yanvar-fevral aylarında 6 milyard dollar təşkil edib. Bu, 2021-ci ilin analoji dövrü ilə müqayisədə 7 faiz çoxdur.
Nazirliyin məlumatına görə, buğda tədarükü 13,2 dəfə artaraq 31,3 milyon dollara çatıb. Təbii qazın ixracı 4,3 dəfə artaraq 35,5 milyon dollar olub.
Neft ixracı da 81,2 faiz və ya 4,6 milyard dollar, ferroərintilər 2,5 dəfə və ya 96,3 milyon dollar, emal olunmamış alüminium 2,5 dəfə və ya 5 milyon dollar, neft məhsulları 40,4 faiz və ya 94,6 milyon dollar artıb.
Yanvar-fevral aylarında Qazaxıstandan Avroittifaq ölkələrinə ixracın həcmi 84 faiz artıb və 5,2 milyard dollara çatıb, idxal isə 14 faiz artaraq 768 milyon dollar olub.
Əsasən dərman vasitələri, mühərriklər, nasoslar, hesablama maşınları, armatur, telefonlar və qara metaldan hazırlanmış əşyalar idxal olunub.
AzPolitika.info


Şərhlər