“Rusiyanın Ukrayna ərazisində başladığı hərbi əməliyyatlar nəticəsində 153 uşaq ölüb, 245-dən çox uşaq yaralanıb”.
“Report” xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.
Bildirilib ki, Kiyev, Donetsk, Xarkov, Çerniqov, Nikolayev, Luqansk, Zaporojye, Sumı, Jitomir uşaqların daha çox xəsarət aldığı vilayətlərdir.


Şərhlər