Menu

Marşall İrsi İnstitutu Azərbaycana daha 5 minaaxtaran it göndərəcək

01.04.2022, 14:12
Marşall İrsi İnstitutu Azərbaycana daha 5 minaaxtaran it göndərəcək

"Marşall İrsi İnstitutu iyun ayında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) mina aşkarlanması üzrə xüsusi təlim keçmiş 5 it təqdim edəcək".

Bunu “Report”a Marşall İrsi İnstitutunun (Marshall Legacy Institute, MLI) İcraçı direktoru Elis Bekker bildirib.

O deyib ki, basdırılan minaların aşkarlanması üzrə xüsusi təlim keçmiş itlər ANAMA-ya minatəmizləmə işlərində yardımçı olacaq.

"ANAMA ilə uzun müddətdir tərəfdaşlıq edən Marşall İrsi İnstitutu 2005-ci ildən indiyədək agentliyə 60 it verib. Ötən ilin avqustundan indiyədək isə 20 it göndərmişik. Hazırda təlimdə olan daha 5 iti iyun ayında gətiriləcək”, - E.Bekker vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol