Hindistan və Rusiya banklararası ötürmələrin alternativ platformasının yaradılması üzərində aparılan işi başa çatdırıblar.
Hindistanın «Economics Times» qəzetinin məlumatlı mənbələrə istinadla xəbər verdiyi kimi, sistem SWIFT-in əvəzinə işdədiləcək. Yazıda VEB və Hindistanın ehtiyat bankı - ölkənin mərkəzi bankı xatırladılır. Nəşrin məlumatına görə, yeni ödəmə sistemini güman ki, Hindistan Ehtiyat Bankının və VEB-in mənzil-qərargahında quraşdıracaqlar. Belə ki, “Ekonmics Times” dəqiqləşdirir, sistem həftə ərzində işləyəcək və idxal və ixracın ümumi qəbul ollunmuş sənədlərinin rupi və rublla maneəsiz ötürülməsini təmin edəcək.
Nəşrin məlumatına görə, aprelin əvvəlində Rusiya Mərkəzi Bankının nümayəndələri Hindistan Mərkəzi Bankından olan həmkarları ilə normativ-hüquqi bazanın yaradılması məqsədilə görüşəcəklər. Baza qlobal sanksiyalara baxmayaraq, ikitərəfli ticarət və bank əməliyyatlarını dəstəkləməyə kömək edəcək.
AzPolitika.info


Şərhlər