Qondarma “DXR” və “LXR”dəki seçkiləri tanıyandan sonra Rusiyaya qarşı sanksiyaların ləğvi mümkünlüyü artıq istisnadır. Musavat.com-un xarivi KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkelin rəsmi nümayəndəsi Şteffen Zaybert deyib.
“Rusiyadan bu “seçkilər”in nəticələrinə hörmət eləmək və hətta onları tanımaqla bağlı səslənən rəsmi bəyanatları heç cür anlamaq olmur”, - deyə alman məmur bildirib.
Zaytbert keçirdiyi brifinqdə Ukraynanın cənub-şərqində yaranmış situasiya fonunda Kremlə qarşı Avropa Birliyinin sanksiyalarının ləğvinin tam istisna olunduğunu söyləyib. “Əksinə, vəziyyət daha da pisləşsə, sanksiyaları gücləndirmək ehtiyacı yarana bilər” - əlavə edib Merkelin sözçüsü.


Şərhlər