Menu

Ukraynaya tank veriləcək - ABŞ vasitəçi olacaq

02.04.2022, 13:51
Ukraynaya tank veriləcək - ABŞ vasitəçi olacaq

“ABŞ müharibə dövründə ilk dəfə müttəfiqlərinin Ukraynaya sovet tankları verməsinə yardım edəcək”.

“AzPolitika.info” xəbər verir ki, bu xəbəri “New York Times” nəşri paylaşıb.

“New York Times” bildirir ki, bu məlumatı ABŞ Administrasiyasındakı mənbələrindən əldə edib. Xəbərdə deyilir ki, Ukraynaya tankların verilməsi qərarı Prezident Volodimir Zelenskinin müraciətinə cavab olaraq ABŞ rəhbərliyi tərəfindən qəbul olunub.

Mənbə tankların yaxın günlərdə göndəriləcəyini bildirsə də, bunların hansı ölkələrdən alınacağına dair məlumat verməyib: “Tanklar Donbasdakı Rusiya qüvvələrinə uzaqdan artilleriya zərbələri endirməyə imkan verəcək”. Qəzet bildirir ki, Ukraynaya tankların verilməsi müharibənin yeni fazasının başlanğıcı hesab oluna bilər.

“AzPolitika.info”

Şərhlər

ukraynalı! 2022-04-02 17:32:23

AMERİKANI VƏ UKRAYNANI TAM SƏMİMİYYƏTLƏ DƏSTƏKLƏYİRİK! PUTİN RUSİYASI İSƏ TƏMƏLİNƏDƏK DAĞILMALIDIR!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol