Azərbaycanın şərab ixracının 70 %-ini təşkil edən Rusiya bazarından hazırda bu məhsul üzrə sifarişlər dayanıb. Bunu Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov Report.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda bizim üçün ən böyük problem Rusiya rublunun kəskin ucuzlaşması ilə əlaqədar sifarişlərin dayanmasıdır: “Azərbaycanın mart ayı ərzində Rusiyaya şərab ixraci kəskin azalıb. Rusiyadan nəinki artıq sifariş gəlmir, hətta təsdiqlənmiş sifarişlər də dayanıb. Rusiya bazarında əsas məsələ ödənişlə əlaqədardır. Çünki Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən və ölkənin Mərkəzi Bankı tərəfindən banklara qoyduğu məhdudiyyətlərə görə, onlar ödəniş edə bilmirlər. Biz Rusiya tədarükçülərinə məhsulu ABŞ dolları ilə satırıq. Burda söhbət yalnız Rusiyadan getmir, Ukrayna, Belarus bazarlarında da analoji vəziyyət yaranır. Yəni, bütün şifarişlər dayandırılıb”.
E.Mədətov qeyd edib ki, digər tərəfdən iqtisadi fəallığın azaldığına görə nəqliyyat xərcləri kəskin artıb: “Hazırda Rusiyaya daşıma xidmətləri 50-60 % bahalaşıb. Əvvəl Azərbaycandan Rusiyaya şərab, kənd təsərrüfatı məhsulları ilə birğə ixrac edilirdi, avtomobil Rusiyadan Azərbaycana qayıdanda isə yük gətirirdi. Hazırda bazar azalıb, indi nəinki şərab ixrac edilmir, hətta kənd təsərrüfatı məhsullarının tədarükü azalıb. Nəqliyyat vasitələri o istiqamətdə getmirlər. Vaxtilə Rusiya istiqamətində logistika xərcləri 2 500-2 600 ABŞ dolları təşkil edirdisə, hazırda 3 500-4 000 ABŞ dollarına həyata keçirilir”.
O vurğulayıb ki, 2021-ci ildə Azərbaycan 4 milyon ABŞ dolları dəyərində 3 milyon şüşə şərab ixrac edib. Azərbaycanda şəraba tələbat illik 11 milyon şüşə təşkil edir, bu isə ümumi istehsalın 70 %-dir.


Şərhlər
Hesabatın qüsurludur, hörmətli Hafiz bəy.
Bu halda elə alınır ki,bir şüşə spirtıi işli Rusiyaya cəmi bir AB şdollarına n ucuz satılır?Diqqərt edin 4 milyon şüşə 3 milyon dollar! Bunu necə anlamaq olar? Axı Azərbaycanda bir üşə içgi ən azı 6-8 ABŞ dollarına mağazalaradadır.Bu zaman bu işkilərin göstərilən qiymətə Rusiyaya satılmasının mənasını kim açıqlaya bilət? Hələ nəqliyyat və gömrük xərcləri?