Ukraynalı hərbi bloger Dmitro Putyata martın 12-dən aprelin 1-ə qədər olan dövrüdə Rusiyanın Ukraynada itirdiyi hərbi texnikasının sayını hesablayıb.
"AzPolitika.info" xəbər verir ki, o sosial şəbəkədəki hesabında vurulan texnikaların fotolarını yerləşdirib və bu qeydləri paylaşıb:"Mən yalnız hərbi texnika sayılan tanklar, BMP, BMD, BTR və MT-LB-ləri saymışam. 3 həftə ərzində rusların itrdikləri tankların sayı 236 ədəd, BTR - 116, BMP - 189, BMD- 94, MT-LB - 116 ədəd təşkil edib.
Ümumilikdə martın 3-dən aprel ayının 1-ə kimi işğalçı Rusiya ordusu 366 tank, 704 ədə zirehli döyüş maşını itirib. Qeyd edək ki, Rusiya motoatıcı batalyonunda 30 döyüş maşını, tank batalyonlarında isə 41 tankı var. Beləliklə, 23 motaatıcı və 9 tank batalyonunun məhv edildiyini, yaxud qənimət götürüldüyü gözlərimlə görmüşən".
"AzPolitika.info"


Şərhlər