3 noyabr 2014-cü il – İŞİD-in özünü ilk dəfə olaraq uzaq Avstraliyada göstərdiyi gündür. Musavat.com-un məlumatına görə, həmin gün terrorçulardan ibarət qrup Sidneydəki məscidin yanında 47 yaşlı şiə din xadimi Rəsul əl-Musəviyə hücum çəkib.
Məlumatlara görə, silahlılar ona öz doğmalarını yola salarkən atəş açıblar. Güllələr onun üz və çiyin nahiyəsindən dəyib. Bildirilir ki, din xadimi artıq əməliyyat olunub və onun həyatı təhlükədə deyil.
“Onlar yaxınlaşdılar, dayandılar və “İŞİD əbədi yaşayacaq!” qışqıraraq atəş açdılar” – deyib zərərçəkənin dostu. Onun sözlərinə görə, məscidin imamına ötən gecə boyu İŞİD tərəfdarlarından hədələr gəlib. Bu gücə şiə icması üçüncü imam Hüseynə (ə) əzadarlıq üçün məscidə toplaşmağa hazırlaşırmış.


Şərhlər