Menu

İraq neft satışından rekord gəlir əldə edib

03.04.2022, 00:38
İraq neft satışından rekord gəlir əldə edib

Dünya bazarında neftin bahalaşması İraqın gəlirlərinin ciddi şəkildə artmasına səbəb olub.

APA-nın “Boursier.com” saytına istinadla xəbərinə görə, ölkə mart ayında 100 milyon bareldən çox xam neft ixrac edib. İxracatdan 11,07 milyard dollar gəlir əldə edilib. Bu, 1972-ci ildən sonra ən yüksək göstəricidir. Fevralda isə ölkə neft satışından 8,5 milyard dollar əldə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol