Bakıda gecə klubunda partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir.
"AzPolitika" xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.
Hadisə zamanı həyatını itirən şəxs gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundovadır.
"37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib", - qeyd olunub.


Şərhlər
HÖRMƏTLİ NAZİR XƏBƏRİNİZ OLSUN Kİ SUMQAYITIN 2-ci MKR- da zirzəmilər ZƏBT olunaraq, torpaq qatı çıxarılıb obyekt kimi işlədilir. Hər an binalar uça bilər.