Menu

Almaniya XİN rəhbəri Buça şəhərində baş verənlərdən sarsıldığını bildirib

03.04.2022, 17:47
Almaniya XİN rəhbəri Buça şəhərində baş verənlərdən sarsıldığını bildirib

Almaniya Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirəcək və Ukraynaya daha çox hərbi dəstək verəcək.

Bu açıqlama ilə Almaniya XİN rəhbəri Annalena Berbok çıxış edib.

Annalena Berbok Ukrayna paytaxtının yaxınlığında yerləşən Buça şəhərində törədilən müharibə cinayətlərindən sarsıldıqlarını və bunun nəticəsi olaraq Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirəcəklərini bəyan edib.

“Buça şəhərindən çəkilən kadrlar dözülməzdir. Bu hərbi cinayətlərə görə məsuliyyət daşıyanlar cavab verməlidirlər. Biz Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyik və özünü müdafiə edən Ukraynaya daha çox dəstək verəcəyik”, - Almaniyanın xarici işlər naziri Annalena Berbok qeyd edib.

Mənbə: Segodnya

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol